Kanada Türkiyədə olan vətəndaşlarına xəbərdarlıq etdi

Kanada Türkiyədə olan vətəndaşlarına  xəbərdarlıq etdi backend

Kanada administrasiyası Avropada Quranın yandırılması hadisələrindən sonra Türkiyədə terrorçuların qisas almaq məqsədilə hücumlar təşkil edə biləcəyini bildirilib.

Qaziler.az “timeturk.com”a istinadla xəbər verir ki, o, bu barədə yayımladığı bəyanatda xəbərdarlıq edib.

Kanadanın vətəndaşlarına etdiyi xəbərdarlıqda terrorçuların İstanbul və Ankarada yerləşən ibadət yerlərini, diplomatik nümayəndəlikləri və əcnəbi turistlərin çox olduğu yerləri hədəfə aldıqları qeyd edilib.

Türkiyədə səyahət edən Kanada vətəndaşlarına bu ərazilərdən uzaq durmaları məsləhət görülüb:

İnsanların çox olduğu yerlər;

Piyadaların çox olduğu və əcnəbi turistlərin toplaşdığı yerlər;

Ticarət mərkəzləri;

Bələdiyyə binaları;

İctimai nəqliyyat vasitələri;

İzfihamlı küçələr;

Turistik yerlərdəki uzun növbələr;

İbadət edilən yerlər;

QAZİLER.AZ

Diaspora