Van Hollen: Türkiyə “F-16”lara layiq deyil

Van Hollen:  Türkiyə “F-16”lara layiq deyil backend

“Türkiyə yeni “F-16”ların satışına və ya yenilənməsinə layiq deyil".

Qaziler.az xəbər verir ki, bu fikirləri ABŞ-ın Demokrat Partiyasından olan senator Van Hollen deyib. O, Milli Mətbuat Klubunda Türkiyə ilə ölkəsi arasındakı münasibətləri dəyərləndirib.

“Sputnik”də yer alan xəbərə görə, Van Hollen bildirib ki, Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv olmasına razılıq verməsə, “F-16”ların satışını təsdiqləmək mümkün olmayacaq:

“Əgər İsveç və Finlandiyanın üzvlüyünü qəbul etməsə, Türkiyəyə “F-16”lar satılmayacaq. Bayden administrasiyası “F-16”nın satışı ilə bağlı Konqresə rəsmi bildiriş göndərsə, imtina olunacaq”, - Hollen deyib.

Senator həmçinin qeyd edib ki, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü təsdiq edilmədən Baydenin “F-16”ların satışına icazə vermə ehtimalı da çox aşağıdır.

QAZİLER.AZ

Diaspora