Bayden Zelenski ilə silah təchizatını açıq müzakirə etdi

Bayden Zelenski ilə silah təchizatını açıq müzakirə etdi backend

Söhbət həm də f-16-dan gedir

ABŞ prezidenti Co Bayden ukraynalı həmkarı Vladimir Zelenski ilə Kiyevin Rusiyanın təcavüzündən müdafiəsi üçün daha müasir silahlar tələbini müzakirə etdiyini bildirib. Prezident Baydenin çərşənbə axşamı səhər jurnalistlərlə söhbətini AFP agentliyi sitat gətirib.  Sitat: "Biz əlavə danışacağıq" deyib Amerika prezidenti. Bir gün əvvəl, bildiyiniz kimi, Bayden Qərb F-16 qırıcılarının Ukraynaya verilməsini dəstəkləyib-dəstəkləmədiyi sualına “yox” cavabını verib. Bundan sonra Ağ Ev bildirib ki, ABŞ artıq Ukraynaya əhəmiyyətli hərbi yardım göstərir və Kiyevin ehtiyaclarını və döyüş meydanındakı vəziyyəti rəhbər tutur. Ekspertlər hesab edir ki, Baydenin F-16-ya hələki "Yox" deməsi bir siyasət də ola bilər. Müharibə isə davam edir.

QAZİLER.AZ

Diaspora