Stoltenberqi kim əvəz edəcək?

 Stoltenberqi kim əvəz edəcək? backend

Yens Stoltenberqin NATO-nun baş katibi kimi səlahiyyət müddəti başa çatır, ona görə də ictimai məkanda Alyansa kimin rəhbərlik edə biləcəyi məsələsi müzakirə olunur.

Qaziler.az bildirir ki, “Politico” nəşri potensial namizədlərdən biri kimi Litvanın baş naziri İnqrida Şimoniteni qeyd edir.

“Politico” yüksək rütbəli avropalı diplomata istinadən yazır ki, ictimai məkanda ən çox danışılan variant Stoltenberqin səlahiyyət müddətinin uzadılmasıdır.

Onlar bildirirlər ki, bu posta potensial namizədlər kimi tez-tez Hollandiyanın baş naziri Mark Rutte, Estoniya baş naziri Kaja Kallas və Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin adı çəkilir.

"Diplomatın sözlərinə görə, daha az xatırlanan üçüncü qrup adlar Litvanın baş naziri İnqrida Şimonite, Slovakiya prezidenti Zuzana Çaputova və Almaniyadan olan Avropa Komissiyasının sədri Ursula fon der Leyendir", - Politico bildirib.

QAZİLER.AZ

Diaspora