Misir hökuməti istefaya getdi

Misir hökuməti istefaya getdi backend

Misir hökuməti baş nazir İbrahim Məhləb ilə birlikdə istefaya gedib.

APA-nın verdiyi xəbərə görə, ölkə prezidenti Əbdül Fəttah əs-Sisi istefanı qəbul edib və neft naziri Şərif İsmayıla yeni hökumətin formalaşdırılmasına dair göstəriş verib.

Məlumata görə, nazirlər yeni hökumət formalaşdırılanadək öz vəzifələrini icra edəcək.

Bundan əvvəl Misir polisi korrupsiya cinayətində şübhəli bilinən ölkənin kənd təsərrüfatı naziri Sələh Hilalı həbs edib.

Xatırladaq ki, iyulun sonlarında Misir məhkəməsi Hüsni Mübarəkin prezidentliyi dövründə baş nazir vəzifəsində çalışmış Əhməd Nazifi 5 il azadlıqdan məhrum edib.
Diaspora