O, Zimbabve prezidentinə traktor verdi
Aleksandr Lukaşenko zimbabveli həmkarı Emmerson Mnanqaqvaya şəxsi ehtiyacları üçün Belarus traktoru hədiyyə edib. Bu barədə ölkə mətbuatı məlumat yayıb. Buna cavab olaraq Zimbabve prezidenti Belarus liderinə doldurulmuş şir hədiyyə edib.
Aleksandr Lukaşenko yanvarın 30-da Zimbabveyə dövlət səfərinə gəlib. Belarus lideri ölkədə təmtəraqla qarşılanıb.
Lukaşenka Zimbabve prezidenti Emmerson Mnanqaqva ilə danışıqlar aparıb. Görüşdən sonra o, Belarusun Zimbabveyə 66 milyon dollardan çox dəyərində kənd təsərrüfatı texnikası tədarük edəcəyini açıqlayıb.
QAZİLER.AZ