Putin məşhur amerikalı boksçuya Rusiya vətəndaşlığı verdi

Putin məşhur amerikalı boksçuya Rusiya vətəndaşlığı verdi backend

Rusiya prezidenti Vladimir Putin amerikalı boksçu Roy Consa Rusiya vətəndaşlığı verib. APA-nın verdiyi xəbərə görə, fərman Kremlin rəsmi saytında dərc olunub.



“1969-cu ilin yanvarın 16-da ABŞ-da anadan olmuş Cons Roy Levestanın Rusiya Federasiyasının vətəndaşlığına qəbul olunması haqqında ərizəsi təmin edilsin”, deyə fərmanda bildirilir.

Qeyd edək ki, Roy Cons bundan əvvəl onun vətəni ABŞ-dan Rusiyada daha çox qiymətləndirildiyini bildirib və Krıma səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə baş tutmuş görüşündə ona Rusiya vətəndaşlığının verilməsini xahiş edib.
Diaspora