İrlandiya hökuməti digər Aİ ölkələrindən nümunə götürərək ukraynalı qaçqınlara dəstək üçün son tarix təyin etmək imkanını müzakirə edir.
İndiyədək Ukrayna vətəndaşlarına qeyri-məhdud müddətə yardım edilib.
Qaziler.az RBK-Ukrayna-ya istinadən bildirir ki, yeni təkliflər digər ölkələrdən gələn qaçqınlar üçün kəskin mənzil çatışmazlığı ilə bağlıdır.
Bu ölkənin Nazirlər Kabineti çərşənbə axşamı, yanvarın 31-də təklif olunan dəstəyin, xüsusən də mənzil təminatının müddətinin müəyyən edilməsi məsələsini müzakirə etməyə hazırlaşır. Belə bir siyasət digər Aİ ölkələrinin siyasətlərinə uyğun olar.
QAZİLER.AZ