Qəzada ölən zəvvarlar adsız qəbirlərdə dəfn olunacaq

Qəzada ölən zəvvarlar adsız qəbirlərdə dəfn olunacaq backend

Məkkədə qaldırıcı kranın aşması nəticəsində ölən zəvvarların meyitləri vətənlərinə göndərilməyəcək. Lent.az-ın ren.tv-yə istinadən məlumatına görə, yerli hökumətin yaydığı məlumatda deyilir ki, həlak olanlar tezliklə şəhər qəbiristanlığında adsız qəbirlərdə dəfn olunacaqlar.


Qeyd edək ki, müsəlmanlar həcc ziyarətində ölən zaman ruhların dərhal cənnətə düşdüyünə inanır. Buna görə də yerli hökumət belə qərar çıxarıb.

Qeyd edәk ki, sentyabrın 11-də Kəbədə qaldırıcı kran aşaraq yaxınlıqdakı tikilinin divarını uçurub. Nәticәdә çoxlu sayda insan ölüb. Son məlumata görə, ölənlərin sayı 107 nəfərə çatıb, 238 nəfər xəsarət alıb. Faciə “Məscidül-Həram” məscidinin genişləndirilməsi işləri zamanı baş verib.
Diaspora