Saakaşvilinin məhkəməsi belə yekunlaşdı

Saakaşvilinin məhkəməsi belə yekunlaşdı backend

Növbəti məhkəmə prosesində müsbət qərar gözlənilir

Sabiq prezident Mixeil Saakaşvilinin Tbilisi Şəhər məhkəməsində baş tutan növbəti məhkəmə iclası başa çatıb. Qaziler.az Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, məhkəmə prosesində Saakaşvilidən test nümunələri götürən yerli tibbi eksbertlər dindirilib. Tibbi ekspertlər təsdiqləyiblər ki, Mixeil Saakaşvilinin səhhəti getdikcə ağırlaşır və o, artıq yemək qəbul etməkdə də çətinlik çəkir. Bundan başqa, onun talassemiya xəstəsi olduğu da ekspertlərin apardıqları nümunələr zamanı təsdiqlənib.
Saakaşvili səhhətindəki mövcud vəziyyətlə bağlı müasir avadanlıqla təchiz edilmiş ixtisaslaşmış çoxşaxəli klinikalarda müalicə olunmalıdır və onun həbs şəraitində sağalması mümkünsüz halına gəlib. Tibbi ekspertləri dinləyən hakim Qiorqi Arevadze növbəti iclasın 1 fevral saat 12:30-da keçirilməsi barədə qərar verib.
Növbəti məhkəmə iclasında müdafiə tərəfin şahidlərinin dindirilməsi prosesi başa çatacaq, gələn həftədən isə qarşı tərəfin şahidlərinin dindirilməsi gözlənilir. UKrayna hakimiyyəti onun ekstradisiyasını tələb edir. Çünki Saakaşvili Ukrayna vətəndaşlığını daşıyır.

QAZİLER.AZ

Diaspora