Sevimli dezodorantı 14 yaşlı qızın ölümünə səbəb oldu

Sevimli dezodorantı 14 yaşlı qızın ölümünə səbəb oldu backend

Böyük Britaniyada məktəbli qız həmişə istifadə etdiyi dezodorantdan ürək tutmasından ölüb.

Böyük Britaniyada Corciya Qrin əyalətinin Derbi şəhərinin 14 yaşlı sakini sevimli dezodorantından istifadə edib və ölüb.

Qaziler.az bildirir ki, Bu barədə “The Mirror” məlumat yayıb.

Qızın anası Klerin dediyinə görə, bu dezodorantın qoxusu emosional yeniyetmə qızı sakitləşdirirmiş. Corciya da Yorğana bürünməyi xoşlayan yeniyetmə onun üstünə sevdiyi dezodorantdan  səpib, başını örtüb.

Anası onun otağına gələndə qızını oyatmaq istəsə də o oyanmayıb. Hadisə yerinə gələn təcili tibbi yardım briqadası onun ürəktutmasından vəfat etdiyini bildirib.

Kler qızının tamamilə sağlam olduğunu və heç vaxt ciddi xəstə olmadığını iddia edir. "Corciyanın gözlənilməz ölümü bizim üçün əsl şok oldu" - deyə ürəyi yanan ana etiraf edib.

QAZİLER.AZ

Diaspora