Pakistanda məscidin partladılması nəticəsində ölənlərin sayı 47-yə çatıb

Pakistanda məscidin partladılması nəticəsində ölənlərin sayı 47-yə çatıb backend

Pakistanın Pişəvər şəhərində məsciddə törədilən partlayış nəticəsində 47 nəfər ölüb, 150-yə yaxın adam yaralanıb. 

Qaziler.az BBC-yə istinadən bildirir ki, terror aktı namaz zamanı törədilib. Binanın bir hissəsi dağılıb, çoxlu sayda insan dağıntılar altında qalıb. 

Partlayışın səbəbi araşdırılır, lakin namaz qılanlar arasında çoxlu polis olduğu üçün səlahiyyətlilər bunun məqsədyönlü şəkildə törədildiyini istisna etmirlər.

Təhlükəsizlik xidmətinin nümayəndələrinin sözlərinə görə, namaz qılanların ön cərgəsində özünü partladan kamikadze olub.

Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Hazırda partlayış yerində xilasedicilər sağ qalanların və ölənlərin axtarışı üçün əməliyyat aparırlar.

QAZİLER.AZ

 

 

Diaspora