Ərdoğanın sözlərindən sonra Finlandiyadan AÇIQLAMA

Ərdoğanın sözlərindən sonra Finlandiyadan  AÇIQLAMA backend

Prezident Ərdoğan İsveçin NATO üzvlüyündən fərqli olaraq Finlandiyanın NATO üzvlüyünün təsdiqlənə biləcəyini bildirib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Finlandiya prezidenti Sauli Niinistö prezident Ərdoğanın Finlandiya və İsveçin NATO üzvlüyü ilə bağlı açıqlamalarını dəyərləndirib.

Ərdoğanın açıqlamasının Finlandiyanın NATO-ya üzvlük siyasətini dəyişmədiyini bildirən Niinistö, “Bu mövzuda xarici işlər naziri Pekka Haavisto ilə həmfikirik. Mənim kabinetim, Ərdoğanın müşaviri, Haavisto və Türkiyənin xarici işlər naziri ilə İlkin məsləhətləşmələr aparılıb”, - deyə o bildirib.

“İndiki mərhələdə deyiləcək heç nə yoxdur. Gələcəkdə bir açıqlama olacaq” deyən Niinistö, Türkiyənin bu prosesdə siyasətinin “dəyişdiyini və inkişaf etdiyini” bildirib.

Niinistö: “Müxtəlif proqramlarda İsveçlə birlikdə hərəkət etdiyimizi demişəm. Finlandiyanın NATO-ya üzv olması faydasının bir hissəsi İsveçin NATO üzvü olması ilə bağlıdır", - deyən Niinistö: “Bu, həlledici məqam deyil, lakin nəzərə alınmalı məqamdır", - deyib.

QAZİLER.AZ

 

Diaspora