Pakistanda məsciddəki partlayışda ölənlərin çoxu polis əməkdaşıdır

Pakistanda məsciddəki partlayışda ölənlərin çoxu polis əməkdaşıdır backend

Bazar ertəsi Pakistanın şimal-qərbində, Əfqanıstanla sərhəd yaxınlığında yerləşən Peşəvər şəhərində məsciddə törədilən partlayış nəticəsində azı 32 nəfər ölüb, 147 nəfər yaralanıb.

Qaziler.az Reuters-ə istinadən verdiyi məlumata görə, polisə qarşı keçirilən hücum islamçı yaraqlıların hələ də aktiv olduğu şəhərdə baş verib. Ölənlərin çoxu günorta namazı üçün toplaşan polis əməkdaşlarıdır.

Xəstəxanadan verilən məlumata görə, azı 147 nəfər yaralanıb, onlardan çoxunun vəziyyəti ağırdır.

Baş nazir Şahbaz Şərif partlayışı terror aktı adlandırıb. Polis məmuru Sikandar Xanın sözlərinə görə, məsciddə ən azı 260 nəfər olub.

QAZİLER.AZ

 

Diaspora