Mtsxeta bələdiyyəsinin 7 kəndinin sakinləri etiraz aksiyası keçirərək yolu bağlayıblar. Qaziler.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, yerli Azərbaycanlı əhali ərazidə karyerlərin tikintisinə etiraz edirlər. Sakinlər Vardisubani kəndinin ərazisində yolu bağlayaraq, işi həyata keçirən şirkətin yük maşınlarının hərəkətinə imkan verməyiblər. Etiraz edən sakinlərin sözlərinə görə, kəndin yaxınlığında bir neçə karxana var və daha bir neçəsinin tikintisi nəzərdə tutulub ki, bu da onların suvarma suyu və otaracaqlarla bağlı problemlərə səbəb olacaq. Sakinlər yolu bağlı saxlayaraq yerli hakimiyyət nümayəndələrinin əraziyə gəlməsini tələb ediblər. Daha sonra Mtsxeta-Mtianeti meri Dimitri Zurabişvili aksiyanın keçirildiyi Vardisubani kəndinə gəlib və Zurabişvili onların problemini həll edəcəyinə söz verib.
Qeyd edək ki, bu problem artıq neçə dəfədir qaldırılır, lakin hakimiyyət lazımi tədbir görmür.