İraqdan Suriyaya sərhədi keçən İran yük maşın karvanı atəşə tutulub.
Hadisə Bu-Kemal sərhəd-keçid məntəqəsində baş verib.
Qaziler.az bildirir ki, bu barədə “Əl-Hədas”a xəbər verir.
Yük maşını karvanı 25 maşından ibarət olub. Suriya İnsan Haqları Mərkəzi gələn karvanın Tehranın dəstəklədiyi qruplar üçün Suriyaya silah gətirdiklərini bildirib.
Suriya İnsan Haqları Mərkəzinin məlumatına görə, konvoy məhv edilib. Ölənlərin olduğu iddia edilir. Onların sayı dəqiqləşdirilməyib.
QAZİLER.AZ