Kəbə faciəsinin içindən Bin Laden ailəsi çıxdı

Kəbə faciəsinin içindən Bin Laden ailəsi çıxdı backend

Qaziler.az saytı Axar.az-a istinadən xəbər verir ki, dünən Kəbəni genişləndirmə layihəsi çərçivəsində istifadə olunan qaldırıcı kranın aşması nəticəsində baş verən qəza ilə bağlı sensasiyalı məlumat üzə çıxıb.

Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Kəbəni genişləndirmə layihəsini Bin Laden ailəsinə məxsus şirkətin apardığı məlum olub.

Qəzet ailənin sözügedən şirkətinin Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşdiyini yazıb.

Ailə terror fəaliyyətləri ilə məşğul olduğu üçün Üsamə Bin Ladendən 1990-cı illərdə imtina edib.

Xatırladaq ki, dünən Kəbədə qaldırıcı kranı ildırım vurub. Kranın aşması nəticəsində 107 nəfər ölüb, 238 nəfər yaralanıb.
Diaspora