Tantavi: Sisi son 200 ilin ən pis və ən uğursuz lideridir

Tantavi: Sisi son 200 ilin ən pis və ən uğursuz lideridir backend

Misirli gənc siyasətçi və keçmiş millət vəkili Əhməd Tantavi ölkədə baş verənlərin kabusdan da betər olduğunu bildirərək, "Sisi son 200 ilin ən pis və ən uğursuz lideridir" deyib.

Qaziler.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, təxminən altı ay əvvəl Misiri qəfil tərk edən Tantavi bildirib ki, Sisi son 200 ildə Misirdə hakimiyyət başçısı olaraq ən pis performansa sahib olub.

Misirdəki siyasi, iqtisadi, insan haqları və həyat şəraitinin kabusdan da pis olduğunu bildirən Tantavi, "Mən ümidsizliyə və xaosa çağırmıram, ölkədə mövcud reallığa diaqnoz qoymaq istəyirəm" dedi.

QAZİLER.AZ

Diaspora