Məscidül-Əqsa imamı: Qınamaq kifayət deyil, səfirlərinizi geri çəkin!

Məscidül-Əqsa imamı:  Qınamaq kifayət deyil, səfirlərinizi geri çəkin! backend

Məscidül-Əqsa imam xətibi Şeyx Yusif Əbu Sine Qurani-Kərimin yandırılmasına qarşı qınaqların kifayət etmədiyini bildirib və islam ölkələrinə çağırış edib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Əbu Sine ərəb və islam ölkələrini "bu cür hücumların həyata keçirildiyi ölkələrdən səfirlərini geri çəkməyə" çağırıb.

Məscidül-Əqsa xətibi dedi: "Quran Allahın kəlamıdır, ona düşmənçilik edənlər aləmlərin Rəbbinə düşməndirlər. Quranı yandıran bəzi insanlar ondan əvvəl özlərini yandırırlar" ifadəsini işlədib.

"Bəzi hökumətlər demokratiya adı altında belə hücumlara icazə verirlər. Lakin bu, demokratiya deyil, bu, dünyadakı bütün müsəlmanlara qarşı nifrət və düşmənçilikdir”, - deyə bildirib.

Müsəlman ölkələrinə müraciət edən Əbu Sine: "Ərəb və İslam ölkələri bu cür hücumların həyata keçirildiyi ölkələrdən öz səfirlərini və yüksək vəzifəli məmurlarını geri çağırmaq kimi yerlərdə əməli addımlar atmalıdırlar. Ərəb və İslam ölkələri pisləməklə kifayətlənir" - ifadələrdən istifadə etmişdir.

QAZİLER.AZ

 

Diaspora