Nüvə müharibəsinin nə vaxt başlanacağı açıqlandı

Nüvə müharibəsinin nə vaxt başlanacağı açıqlandı backend

"Ukraynanın ABŞ-ın köməyi ilə Krım üzərində nəzarəti bərpa etmək cəhdləri nüvə müharibəsinin başlanmasına səbəb ola bilər".

Qaziler.az xəbər verir ki, bu barədə Amerikanın “Fox News” kanalının teleaparıcısı Taker Karlson efirdə bildirib.

Ukrayna prezidenti Volodimir Zelenski ötən həftə Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı bu məsələ ilə bağlı hərbi əməliyyatlara hazır olduğunu bəyan edib.

Krımı Rusiyadan ayırmaq? Onların ən vacib limanı? Kreml dəfələrlə bəyan edib ki, bu cür hərəkətlər nüvə müharibəsinə gətirib çıxaracaq və buna şübhə etmək üçün mən heç bir əsas görmürəm. Bu, yeni plandır? Bunun üçün kimsə səs verib? Bu, sırf dəlilikdir”, - Karlson bildirib.

QAZİLER.AZ

Diaspora