ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukraynaya Qərb tanklarının verilməsini tənqid edib.
Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, o bu haqda özünün “Truth Social” sosial şəbəkəsində paylaşım edib. O bildirib ki, bu həm də Ukraynaya nüvə silahının verilməsinə gətirib çıxara bilər.
"Əvvəlcə tanklar, sonra nüvə bombaları olacaq. Bu çılğın müharibəni indicə bitirin. Bunu etmək çox asandır axı!" o yazıb.
Lakin Tramp Ukraynada müharibəni asanlıqla və tez bitirmək üçün konkret olaraq nə etmək lazım olduğunu açıqlamayıb.
QAZİLER.AZ
