"Dünyanın ən pis hökumətlərindən biri..." - Bill Qeyts Ukrayna haqqında

"Dünyanın ən pis hökumətlərindən biri..." - Bill Qeyts Ukrayna haqqında backend

Milyarder və “Microsoft”un qurucusu Bill Qeyts müharibədən əvvəlki Ukrayna hökumətini dünyanın ən pis hökumətlərindən biri adlandırıb.

Qaziler.az “new.ru”ya istinadla xəər verir ki,  iş adamı ilə müsahibəni “Lowy” İnstitutunun “YouTube” kanalında izləmək olar.

Müsahibəsində Qeyts qeyd edib ki, ölkədə hökumət korrupsiyaya uğrayıb və bir neçə varlı adam tərəfindən idarə olunur.

Eyni zamanda milyarder vurğulayıb ki, hazırda Ukraynada kənd təsərrüfatı ABŞ-dan daha yaxşı inkişaf edib və ölkə böyük perspektivlərə malik “Avropanın çörək səbəti”dir.

“Müharibədən əvvəl Ukrayna hökuməti dünyanın ən pis hökumətlərindən biri idi. Korrupsiyaya uğrayıb və bir neçə varlı adam tərəfindən idarə olunur. Ukrayna xalqına çox yazığım gəlir”, - Bill Qeyts deyib.

QAZİLER.AZ

Diaspora