Serbiyanın Baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiç İsveçdə Qurani-Kərimin yandırılmasına münasibət bildirib.
Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, o, bu barədə türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşündən sonra təşkil edilən birgə mətbuat konfransında çıxış edərkən danışıb.
Bir ölkədə müqəddəs kitabların yandırılmasının insanların da yandırılmasına aparan ilk addım olacağını vurğulayan Daçiç Qərbin bir parçası olan ölkədə belə bir hadisənin yaşanmasına inana bilmədiyini deyib:
“Qərbin bir hissə olan ölkədə belə bir halın yaşamasına inana bilmirəm. Bu, böyük faciədir. Biz bu ölkələrdən çox dərs dinlədik, bizə çox dərs verməyə çalışdılar. Yaşanan hadisələr çox çirkindir, ölkələr buna ciddi yanaşmalıdır. Əks halda olanlar bütün dünyanın nifrətini qazanacaq”, - deyə İvitsa Daçiç qeyd edib.
QAZİLER.AZ
