Sanksiyalara yeni vacib bənd də əlavə edildi...
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi cümə axşamı özəl hərbi şirkət olan "Vaqner"i transmilli cinayət təşkilatı elan edib. QAZİLER.AZ Azadlıq radiosu-na istinadla bildirir ki, bu qurumla əlaqəli şəxslərə və qurumlara qarşı sanksiyalar tətbiq edib. Bu barədə həm də “Avropa həqiqətləri” məlumat yayıb. "Vaqner"in transmilli cinayət təşkilatı elan edilməsi qrupun ABŞ-dakı hər hansı aktivlərinin dondurulması və ABŞ-ın fiziki və qurumlarının qrupa vəsait, mal və ya xidmətlər göstərməsini qadağan etmək deməkdir. Qərar onunla əsaslandırılır ki, “Vaqneritlər” dünyanın müxtəlif ölkələrində - digərləri ilə yanaşı, Mərkəzi Afrika Respublikası və Malidə də ciddi cinayət əməllərində, xüsusən də kütləvi edamlar, zorlamalar, uşaqların oğurlanması və fiziki zorakılıqda iştirak edirlər.
Təbii ki, bu addım Rusiyaya qarşı tətbiq edilən sanksiyaların tərkib hissəsidir. Rusiyada isə artıq bütün hərbi texnikaların yerli istehsal elementlərindən istifadə olunmaqla istehsalı başlayıb. Bu barədə, hətta Rossiya24 də sujet həsr edib. Tv kanal bunu guya yerli istehsalın üstünlükləri ilə bağlayır. Amma dünya praktikasında Rusiya hərbi məhsullarına maraq azalıb, artıq əksər ölkələr almaqdan tamamilə imtina edir.