Dövlət Dumasından yeni qərar gözlənilir
Rusiyada ictimai vəziyyət gərginləşir. Belə ki, Dövlət Şurası tərəfindən hazırlanan “Rusiya Federasiyasında avtomobil yolları və yol fəaliyyəti haqqında” qanuna edilən dəyişikliklər, ölkə vətəndaşları arasında panikaya səbəb olub. Qaziler.az "Ukrainskaya pravda"ya istinadla xəbər verir ki, bu barədə Rusiya istehlakçıları bildirirlər ki, ölkə sərhədini avtomobil yolu ilə keçmək üçün tarix və vaxtın əvvəlcədən təyin olunmasını (randevu) nəzərdə tutan yeni qanun əslində Rusiyada yeni səfərbərlik dalğası ilə bağlıdır. Lakin qanunun təşəbbüskarı, Dövlət Dumasının nəqliyyat komitəsinin rəhbəri Yevgeni Moskviçev jurnalistlərə müsahibəsi zamanı bildirib ki, dəyişikliklərin məqsədi yalnız sərhəddə tıxacları aradan qaldırmaqdır. Onun sözlərinə görə, avtomobillə sərhədi keçərkən tarix və vaxtın qoyulması öhdəliyi yalnız kommersiya xarakterli yük daşımalarına şamil olunacaq. Təşəbbüs həm Rusiya, həm də xarici daşıyıcılara məxsus daşımalara, Rusiya vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil ediləcək. Sərhədin keçmə qaydasını hökumət müəyyən edəcək. Bildirilib ki, qanun layihəsi Dövlət Duması tərəfindən qəbul edilərsə, sözügedən layihə 2023-cü il martın 1-dən qüvvəyə minəcək.
Təbii ki, qanun Ukraynadakı müharibə ilə bağlıdır.
QAZİLER.AZ