İsrail əsgərləri Cenin Qaçqınlar Düşərgəsinə basqın zamanı mərmi və gözyaşardıcı qazdan istifadə edərkən, bölgədəki fələstinli silahlılarla qarşıdurma yaşanıb.
Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada, hadisə zamanı biri yaşlı qadın olmaqla cəmi 9 fələstinlinin həlak olduğu bildirilib.
Xəbərdə qeyd edilib ki, İsrail əsgərlərinin işğal altında olan İordan çayının qərb sahili və Şərqi Qüdsdə qarşıdurmalar zamanı ilin əvvəlindən biri qadın, 5-i uşaq olmaqla ümumilikdə 29 fələstinli həlak olub.
Açıqlamada İsrail əsgərləri arasında xəsarət alanın olmadığı qeyd edilib.
QAZİLER.AZ



