Litvada silahlı şəxslər ukraynalının 12 milyon qrivnasını qarət ediblər

Litvada silahlı şəxslər ukraynalının 12 milyon qrivnasını qarət ediblər backend

Ukrayna vətəndaşı silahlı quldurların ondan külli miqdarda pul aldığını bildirib.

Qaziler.az-ın Litva mətbuatına isinadən məlumatına görə, prokurorluqdan bildirilib ki, Mariyampol polisinə özlərini polis əməkdaşları kimi təqdim edən silahlı naməlum şəxslərin Kaunas-Mariyampol-Suvalkay yolunda Ukrayna vətəndaşının avtomobilini saxlayıb çantasını oğurlaması barədə məlumat daxil olub.

İstintaq materiallarına görə, çantada çoxlu pul - 12 milyon qrivna (305 min avrodan çox) olub. Şübhəlilər axtarışdadır.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, Litvada silahlı soyğunçuluq 2 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

QAZİLER.AZ

Diaspora