Ukrayna əsgərləri ilk dəfə Norveçdə atıcılıq, komanda nəzarəti və tibbi təlim keçəcəklər.
Qaziler.az xəbər verir ki, bu barədə “Dagens Næringsliv” qəzeti məlumat yayıb.
Təxminən yüz nəfərdən ibarət ilk Ukrayna əsgərləri bu yaz Milli Qvardiyanın Trondelaqdakı bazasına gələcək. Müdafiə naziri Byorn Arild Qram qəzetə bildirib ki, onlar bu ilin sonunda Ukraynanın yeni qoşunlarının təhvil verilməsinə qədər Norveçdə 5-6 həftə qalacaqlar.
QAZİLER.AZ