Fransanın elektrik avadanlıqları istehsal edən “Legrand” şirkəti Rusiya bazarında fəaliyyətini dayandıracaq.
Qaziler.az xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir. Bildirilib ki, qərar hazırki şəraitdə qəbul edilib.
Mövcud şərait, o cümlədən əməliyyatların mürəkkəbliyi və qeyri-sabitlik səbəbindən “Legrand” Rusiyadakı fəaliyyətini dayandırmaq qərarına gəlib və hazırda nəzarəti vaxtında və nizamlı şəkildə ötürmək variantlarını araşdırır.
Qeyd olunur ki, şirkətin ölkədəki biznesi son bir ildə bütün illik satışların 1,5%-ni təşkil edir.
Şirkət qeyd edib ki, Rusiya bazarını tərk etmək “qanunlara riayət etmək baxımından, habelə işçilər və müştərilər üçün uzunmüddətli əməliyyatları təmin etmək üçün ən yaxşı variantdır.
QAZİLER.AZ