Rus hakerlər Almaniya hökumətinin saytlarına hücum ediblər

Rus hakerlər Almaniya hökumətinin saytlarına hücum ediblər backend

Rusiyalı hakerlər Almaniyanın bir sıra hökumət saytlarına hücum ediblər. Bu, çox güman ki, Almaniyanın Ukraynaya tank tədarük etmək qərarına cavab olaraq baş verib.

Qaziler.az xəbər verir ki, “Tadessait”in Federal İnformasiya Təhlükəsizliyi İdarəsinin (BSI) məlumatlarına istinadən verdiyi məlumatda paylanmış DDoS hücumları qeydə alınıb. Federal hökumətin saytları və Hamburq hava limanı hücumlardan zərər çəkib.

"Bəzi veb-saytlar hazırda əlçatan deyil" deyən agentlik müvafiq xidmətlərə birbaşa təsir etməyin mümkün olmadığını qeyd edib.

QAZİLER.AZ

Diaspora