Türkiyəyə məxsus iki gəmi Xerson limanında mərmi partlaması nəticəsində qəlpələrdən zədələnib.
Qaziler.az DHA-ya istinadla xəbər verir ki, bu barədə Türkiyənin Çakıroğlu Gəmiçilik şirkətinin nümayəndəsi Hüseyn Çebi bildirib.
O qeyd edib ki, Türkiyəyə məxsus “Ferahnaz” və “Tuzla” adlı iki gəmi zədələnib. Onun sözlərinə görə, birinci gəmi aktiv döyüş əməliyyatları səbəbindən təxminən bir ildir ki, limanı tərk edə bilmir.
Çebi “Tuzla” gəmisinin qəlpələrə tuş gəldikdən sonra alovlandığını, ekipaj üzvləri arasından qurbanların olub olmadığı barədə məlumatsız olduqlarını bildirib.
QAZİLER.AZ