Almaniya Ukraynaya tank göndərdiyinə peşman oldu

Almaniya Ukraynaya tank göndərdiyinə peşman oldu backend

Almaniya Rusiyaya qarşı Ukraynaya döyüş tankları göndərirdi.  Berlin rəhbərliyi 14 ədəd “Leopard 2” tankı göndərəcəklərini açıqlayıb. Ukraynaya hərbi dəstəyi gücləndirəcəklərini bildirən alman Baş nazir Olaf Şolz ölkəsi ilə bağlı yayılan dedi qoduları rədd edib.

Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, Almaniya Parlamentində çıxış edən Şolz Ukraynaya döyüş təyyarələri göndərməyəcəklərini və quru qoşunlarını yerləşdirməyəcəklərini bildirib.

Almaniya kansleri bəyan edib ki, bu istiqamətdə atılan addım Rusiya ilə NATO arasında hərbi münaqişəyə səbəb ola bilər.

“Almaniyada bir qaydanı pozmaq məcburiyyətindəyik. İndi ən çox silahı Böyük Britaniya ilə birlikdə tədarük edirik. İndiyə qədər qərar verdiklərimizi ümumiləşdirsək, deyə bilərik ki, Almaniya hər zaman Ukraynaya dəstək verənlərin önündə olacaq.

Bütün bunlar Ukraynaya özünü müdafiə etməyə kömək edən tədbirlərdir. Bu qərarlar müttəfiqlərimizlə sıx əməkdaşlıq şəraitində qəbul edilib. Biz açıq şəkildə bildirməliyik ki, Ukraynanı dəstəkləmək üçün lazım və mümkün olan hər şeyi edəcəyik. Eyni zamanda bunun Rusiya ilə NATO arasında müharibəyə çevrilməməsi üçün qarşısını almaq istəyirik”, deyə Almaniya kansleri bəyan edib.

QAZİLER.AZ

Diaspora