Qarşıdakı cümə günü Belçikanın müdafiə naziri Lüdvin Dedonder hökumətə Ukraynaya yeni hərbi yardım paketi ayırmağı təklif edəcək. Buraya hava hücumundan müdafiə sistemləri və tank əleyhinə silahlar daxil olacaq.
Qaziler.az Ukrayna mətbuatına istinadən bildirir ki, bu barədə RTL xəbər verir.
"Bu cümə günü hökumətin iclasında mən ukraynalıların hava hücumundan müdafiə və tank əleyhinə silahlar, eləcə də sursat baxımından təcili ehtiyaclarını ödəmək üçün yeni yardım təklif edəcəyəm", - nazir bildirib.
Dedonder onu da qeyd edib ki, belə tanklar Ukrayna üçün alına bilər, lakin hazırda Belçika şirkətləri bununçün onlara 500 min avro dəyərində “ağıasığmaz” qiymət qoyurlar.
QAZİLER.AZ