Baş nazir Castin Trüdo Ontarioya səfəri zamanı etirazlarla üzləşib. Nümayişçilər 51 yaşlı lideri “qəddar” adlandırıblar.
Qaziler.az bildirir ki, Kanadanın Baş naziri Castin Trüdo və kabineti Ontario ştatının Hamilton şəhərinə gedib.
Trüdo və komandası, əsasən iqtisadiyyatın böyüməsi və gücləndirilməsi, həyatı daha rahat etmək və kanadalılar üçün səhiyyənin yaxşılaşdırılmasına yönələcək üç günlük proqram təşkil edib.
Lakin Trüdo Həmiltonda yürüş edərkən müxalifətin sərt reaksiyası ilə qarşılaşıb. Trüdonu mühasirəyə alan etirazçılar “Rədd ol get”, “İstefa ver”, “Zalım” kimi şüarlar səsləndiriblər.
Kanadanın baş naziri təhlükəsizlik qüvvələrinin müşayiəti ilə binaya daxil olub.
Kanada mediasının məlumatına görə, Trüdo koronavirus məhdudiyyətləri, sərt karantin tətbiqləri və bir sıra digər siyasətlər səbəbindən nümayişçilərin hədəfinə çevrilib.
QAZİLER.AZ