Əmək haqqına etiraz edən işçilər tətilə başladılar
Berlin hava limanı Almaniya həmkarlar ittifaqı Verdinin tətili səbəbindən bu günə planlaşdırılan bütün reysləri ləğv edib. Bu məlumat həmkarlar ittifaqının saytında dərc olunub.
Bloomberg-in məlumatına görə, qərar 35 mindən çox sərnişinə təsir edəcək və ümumilikdə 300-ə yaxın reys ləğv edilib.
Verdi həmkarlar ittifaqı hava təhlükəsizliyi və yerüstü nəqliyyat işçilərini tətilə qoşulmağa çağırıb və qeyd edib ki, sərnişinlər "uçuşların gecikmələrinə və ləğvlərinə uyğunlaşmalıdırlar".
Alman həmkarlar ittifaqı müqavilələri cəmi bir il müddətinə bağlanmış işçilərin əmək haqqının 500 avro artırılmasını tələb edir, lakin işəgötürən daha uzunmüddətli, lakin eyni maaşla əlaqələr təklif etməyə hazırdır.
Xatırladaq ki, ötən ilin noyabrında Londonun Hitrou hava limanında işçilərin üç günlük tətili olmuşdu.