Almaniya Müdafiə Nazirliyi “Leopard”ların Ukraynaya nə vaxt gələcəyini açıqlayıb

Almaniya Müdafiə Nazirliyi “Leopard”ların Ukraynaya nə vaxt gələcəyini açıqlayıb backend

Almaniya təqribən 3 ay ərzində Ukraynaya "Leopard 2" tanklarını təhvil verəcək. 

Lakin əvvəlcə Ukrayna ordusu onları idarə etməyi öyrənməlidir.

Qaziler.az bildirir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius CNN telekanalına deyib.

"Leopard 2 tankları Ukraynaya təxminən üç aya çata bilər. Əvvəlcə Ukrayna ekipajları təlimlər keçirəcək, sonra isə tanklar Kiyevə göndəriləcək", - Pistorius bildirib.

Öz növbəsində Almaniya Müdafiə Nazirliyinin rəhbəri Ukraynaya "Leopard 2"-nin tədarükü ilə bağlı bu gün qəbul edilən bu qərarı “tarixi” adlandırıb.

"Almaniya müharibə davam etdikcə Ukraynaya silah sistemlərinin gələcək tədarükünü müzakirə edəcək", - deyə Pistorius əmin edib.

QAZİLER.AZ

Diaspora