Rusiya ilə Ukrayna arasında müharibənin nə qədər davam edəcəyini heç kim bilmir. Ancaq biz ukraynalıları dəstəkləməliyik ki, sülh nəhayət ki, gəlsin.
Qaziler.az bildirir ki, NATO-nun baş katibi Yens Stoltenberq Die Welt nəşrinə müsahibəsində deyib.
"Bu müharibənin nə vaxt bitəcəyini heç kim bilmir. Biz bir şeyi bilirik: əgər sabah sülh istəyirsinizsə, bu gün Ukraynanı dəstəkləməlisiz. Qəribə səslənir, amma sülhə gedən yol silah tədarükündən keçir. Bizim təhlükəsizlik maraqlarımız Ukrayna ilə həmrəylikdən keçir. Çünki Putin uğur qazansa, başqaları bundan dərs alacaq”, - Stoltenberq bildirib.
Onun sözlərinə görə, indi bütün dünyada avtokratlar NATO-nun Rusiyanın Ukraynaya müdaxiləsinə necə reaksiya verdiyini izləyir.
QAZİLER.AZ