Abramoviçin Britaniyadakı şirkəti 1 funta satıldı

Abramoviçin Britaniyadakı şirkəti 1 funta satıldı backend

Rusiyalı iş adamı Roman Abramoviç və onun tərəfdaşlarına məxsus Britaniyanın “Truphone” telekommunikasiya şirkəti iki avropalı iş adamına satılıb. Sövdələşmə 1 funt sterlinq təşkil edib.

Qaziler.az “news.ru”ya istinadla xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Qəzetin yazdığına görə, şirkətin yeni sahibləri işlənmiş avtomobillərin satışı ilə məşğul olan alman sahibkar Hakan Koç və onun əvvəllər telekommunikasiya sənayesində çalışmış şəriki Pirros Koussiosdur. Britaniya mediası bildirib ki, Koç “Truphone” aktivlərinin 90%-ni, Kussios isə 10%-ni almalıdır.

Qəzetlər həmçinin şirkətin satılması qərarının Böyük Britaniya və Avropa İttifaqının hakimiyyət orqanlarının Roman Abramoviçə qarşı tətbiq etdiyi sanksiyalarla bağlı olduğunu yazıblar.

QAZİLER.AZ

Diaspora