Qar az yağdığı üçün şamanı köməyə çağırdılar

Qar az yağdığı üçün şamanı köməyə çağırdılar backend

Soçidəki dağ kurortları qarın az yağmasından narahat olduqları üçün Sibir şamanlarından kömək istəmək qərarına gəliblər.

Qaziler.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Bildirilir ki, dekabrın anomal isti keçməsi ilə əlaqədar qış mövsümünün açılışı sonrakı tarixlərə təxirə salınıb. Lakin yanvarın ortalarında da günəşli havaların olması və qarın kifayət qədər yağmaması xizək sürmək və digər turizm xidmətləri üçün yararsız olub.

Nəticədə “Krasnaya Polyana” kurortunun rəhbəri Sibir şamanını Soçiyə dəvət edib. O, qar yağmasının sürətləndirilməsinə kömək etmək üçün xüsusi mərasim keçirib.

QAZİLER.AZ

Diaspora