İngiltərə təşvişdə: Çin ölkəni soyuduculardan İZLƏYİR

İngiltərə təşvişdə: Çin ölkəni soyuduculardan  İZLƏYİR backend

İngiltərədə yeni açıqlanan hesabat ölkəni təşvişə salıb.

Qaziler.az “TRT Haber”ə istinadla xəbər verir ki, hesabatda məlumatların Çin tərəfindən məişət texnikalarına yerləşdirilən mikroçiplərlə toplanacağına dair xəbərdarlıq yer alıb. Bir sözlə, Çin soyuducu və ya digər ağıllı məişət texnikası vasitəsilə İngiltərəyə casusluq edə bilər.

Diqqətçəkən açıqlama bu yaxınlarda İngiltərədə dərc olunan hesabata aiddir. Hesabatı Pekinlə bağlı hökumətə məsləhət verən keçmiş diplomat qələmə alıb.

Hesabatda Çinin ağıllı məişət texnikasına yerləşdirdiyi mikroçiplər vasitəsilə milli təhlükəsizliyə təhlükə yaratdığına dair məlumatlar yer alıb.

"Çin soyuducu və digər ağıllı məişət texnikası vasitəsilə britaniyalıları izləyə bilər", - hesabatda deyilir.

Məlumatda həmçinin, 3 Çin şirkətinin ağıllı cihazlarla qlobal bazarın 54 faizinə hakim olduğu vurğulanıb.

Britaniya mətbuatında da çiplər vasitəsilə Çin hökumətinə məlumat axınının təmin edilə biləcəyi vurğulanıb.

Qeyd edək ki, yanvarın əvvəlində Britaniya hökumətinə məxsus avtomobillərdə Çinə məxsus izləmə cihazları tapılmışdı.

QAZİLER.AZ

Diaspora