İsveçdə cinayətlərin ən böyük hədəfi müsəlmanlardır - Hesabat

İsveçdə cinayətlərin ən böyük hədəfi müsəlmanlardır - Hesabat backend

NATO-ya üzv olmaq üçün Türkiyənin razılığını almalı olan İsveçdə qalmaqalların ardı-arası kəsilmir.

Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, ölkənin Ədliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Cinayətkarlığın Qarşısının Alınması üzrə Milli Şuranın 2021-ci ildə dərc etdiyi hesabatda təəccüblü bir fakt ortaya çıxıb.

Hesabata görə, ölkədəki cinayətlərin 55 faizinin mənbəyində irqçilik, 17 faizində isə dini inanclar durur. Dini inanclar baxımında cinayətlərdə ən çox müsəlmanlar, daha sonra yəhudilər və xristianlar hədəfə alınır.

Dini qruplara qarşı bütün cinayətlərinin 51 faizi islamofob, 27 faizi antisemit, 11 faizi antixristian, 11 faizi isə digər qruplara qarşı olub.

Müsəlman və yəhudilərə qarşı edilən cinayətlərdə kişilərdən daha çox qadınlar hədəfə çevriliblər.

QAZİLER.AZ

Diaspora