“BioNTech”in qurucuları Prof.Dr. Uğur Şahin və Prof.Dr.Özlem Türeci Almaniyada yaşadıqları ağır bürokratik problemlərdən dolayı şirkəti İngiltərəyə köçürəcəklərini açıqlayıblar.
Qaziler.az xəbər verir ki, sözügedən iddianı Almaniyanın “Bild” qəzeti gündəmə gətirib. Qəzetin xəbərinə görə, iki türk alim şirkəti ingiltərəyə köçürmək barədə qərar verib.
Buna səbəb Almaniyada ağır bürokratik problemlərin yaşanmasıdır. Bundan başqa, alimlər ötən həftə İngiltərədə nazirlərlə görüşüb. Bu görüşün qərara təsir etdiyi qeyd edilsə də, İngiltərədəki dərman şirkətləri ilə sıx əlaqələrinin olduğu, hər hansı problemin daha tez aradan qaldırılması üçün qərar vermə prosesinin təsirli olduğu bildirilir.
Qeyd edək ki, Almaniyada fəaliyyət göstərən dünyaca məşhur kimya və əczaçılıq şirkətlərindən biri olan “Bayer” və BASF ölkədən getməyi gündəmə gətirib.
QAZİLER.AZ