Yaponiyanın baş naziri Kişida Fumio bildirib ki, ölkədə doğum səviyyəsinin aşağı düşməsindən sonra Yaponiya sosial funksiyalarını itirmək ərəfəsindədir.
Qaziler.az Türkiyə mediasına istinadən bildirir ki, bu ölkənin milli məclisinin növbəti sessiyasında çıxış edən Yaponiyanın Baş naziri Kişida ölkəsinin siyasət, iqtisadiyyat, daxili və xarici siyasətindəki son vəziyyətə toxunub.
Kişida izah edib ki, doğum nisbətlərinin aşağı düşməsi ilə Yaponiya "sosial funksiyalarını itirmək ərəfəsindədir", ona görə də onlar uşaq böyütmə siyasətlərinə diqqət yetirəcəklər.
Uşaq böyütmənin asanlaşdırılmasını "gələcək üçün ən effektiv investisiya" olaraq dəyərləndirən Kişida doğum nisbətini dəyişdirmək üçün "uşaq öncəlikli iqtisadiyyat və cəmiyyət" yaratmaq vədini verib.
Baş nazir “yaşından və cinsindən asılı olmayaraq hər kəsin uşaq böyütməkdə iştirakını təmin etmək üçün misli görünməmiş əks tədbirlər həyata keçirmək istədiklərini" vurğulayıb.
Hökumət tabeliyində olan “Uşaq və Ailə Agentliyi” aprel ayından fəaliyyətə başlayacaq. Kişida, iyun ayına qədər bu əhatəli siyasətlər üçün büdcəni iki dəfə artırmağı planlaşdıracaqlarını söylədi.
QAZİLER.AZ