İsrail və ABŞ tarixin ən böyük hərbi təlimlərinə başlayır - İranın acığına...

İsrail və ABŞ tarixin ən böyük hərbi təlimlərinə başlayır - İranın acığına... backend

İsrail və ABŞ tarixin ən böyük birgə hərbi təlimlərinə başlayıb.

Qaziler.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Məlumatda qeyd edilib ki, təlimlərin İrana siqnal olduğu güman edilir.

Təlimdə qırıcı, bombardmançı və tanker təyyarələri də daxil olmaqla 100 ABŞ təyyarəsi iştirak edəcək. İsrail tərəfdən isə 42 təyyarə iştirak edəcək. Təlimlərə “George HW Bush” aviadaşıyıcısı ilə birlikdə aviadaşıyıcı zərbə qrupu da cəlb olunacaq.

Təlimlərdə 6500-ə yaxın ABŞ əsgəri və 1100-dən çox israilli iştirak edəcək.

Qeyd olunur ki, təlimlər kosmos və elektron müharibə də daxil olmaqla, hərbi əməliyyatların bütün sahələrini əhatə edəcək.

QAZİLER.AZ

Diaspora