Latviya Rusiya səfirini ölkədən çıxarır

Latviya Rusiya səfirini ölkədən çıxarır backend

Latviyanın Xarici İşlər Nazirliyi Rusiya səfiri Mixail Vaninin öhdəsinə fevralın 24-dək ölkəni tərk etməyi qoyub.

“Report” xəbər verir ki, bu barədə Baltikyanı ölkənin xarici siyasət idarəsinin bəyanatında bildirilib.

“Rusiya səfiri 2023-cü il fevralın 24-dək Latviyanı tərk etməlidir. Latviya Respublikasının Rusiya Federasiyasındakı səfiri də fevralın 24-dək Rusiyanı tərk edəcək”, - bəyanatda qeyd oluub.

Diaspora