Rusiyanın XİN başçısı Sergey Lavrov Ukraynada yaşanan Rusiya ilə Qərb arasındakı müharibənin artıq hibrid müharibə deyil, əsl müharibə olduğunu bildirib.
Qaziler.az xəbər verir ki, bu barədə Lavrov cənubi afrikalı həmkarı Naledi Pandor ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib.
ABŞ-ın Rusiya ilə əməkdaşlıq edən digər ölkələri də təhdid etdiyini ifadə edən Lavrov ABŞ və Böyük Britaniyanın təhdid və təzyiqlərlə bütün qırmızı xətləri pozduğunu bildirib:
“Onlar min illik böyük mədəniyyətləri təmsil edən böyük dövlətləri təhdid edirlər və bu xalqların milli qürurunun olduğunu görməzdən gəlirlər”, - deyə Lavrov qeyd edib.
Ukraynadakı müharibədə Rusiya ilə bağlı dildən mədəniyyətə qədər hər şeyin məhv edilməsinin istənildiyini deyən Lavrov: “Ukraynada baş verənlərdən danışarkən, bunun artıq bir hibrid savaşdan deyil, Qərbin Rusiyaya qarşı uzun zamandır hazırladığı gerçək müharibədən danışırıq”, - ifadələrini əlavə edib.
QAZİLER.AZ