Fransada hər 3 qadından 1-i təcavüzə məruz qalır

Fransada hər 3 qadından 1-i təcavüzə məruz qalır backend

Fransada aparılan bir araşdırma ölkədə təcavüz hallarına diqqət çəkib.

Qaziler.az xarici mediaya istinadla xəbər verir ki, “Viavoice” institutunun araşdırmasında fransız qadınların 37 faizinin öz istəyi olmadan cinsi əlaqəyə məcbur edildiyini ortaya çıxarıb.

Belə ki, 5-26 oktyabr 2022-ci il tarixlərində 15 yaşından yuxarı 2500 insan arasında aparılan araşdırmanın nəticələri Fransa prezident Emmanuel Makrona təqdim olunacaq.

Nəticələrə əsasən, fransız qadınların 80 faizi kişilərdən daha pis rəftar gördüyünü, üçdə biri isə təcavüzə məruz qaldığını ifadə edib.

Seksizm və zorlanma hallarının daha çox gənclər arasında geniş yayıldığı, kişilərin bunu şişirdilmiş hal hesab etdikləri qeyd edilib.

Ölkədə 25-34 yaşlı kişilərin hörmət qazanmaq üçün şiddətin vacib olduğunu, 40 faizi isə qadınların uşaqlarla baxmalı olduğunu düşünür.

Kişilərin cəmi 9 faizi ev işlərini görməyi normal sayır.

Ölkə əhalisinin 82 faizi gender məsələsinin hökumətin prioritet gündəm maddələri arasında olmasını istəyir.

Araşdırmaçı institut hesabatın narahatlıq doğurduğunu və Fransa hakimiyyətinin bu məsələ ilə bağlı səylərinin yetərli olmadığını vurğulayıb.

QAZİLER.AZ

Diaspora