Səudiyyə Ərəbistanında 34 qadına vəzifə verildi

Səudiyyə Ərəbistanında 34 qadına vəzifə verildi backend

Ər-Riyad rəhbərliyi son dövrlər qadınlarla bağlı ölkədəki dəyişikliyi davam etdirir.

Qaziler.az xarici mediaya istinadla xəbər verir ki, Məscidül-Həram və Məscidi-Nəbəvi İşlərinin rəhbəri və Kəbə İmamı Əbdürrəhman əs-Sudeysi 34 qadının müxtəlif yerlərlə vəzifələrə təyin edildiyini bildirib.

O, sözügedən qərarın Səudiyyəli qadınlar üçün ölkədə dəyişiklik səyləri çərçivəsində verildiyini bildirib.

Qadınlara həvalə edilən vəzifələr arasında Harameyn İşləri sədrinin müavini və qurumda müdirlik vəzifələri də var.

Beləliklə, bu qərarla qadınlar akademik, media, ictimaiyyətlə əlaqələr, sosial xidmətlər, mədəniyyət və elm sahələrində idarəçi olaraq xidmət göstərə biləcəklər.

QAZİLER.AZ

Diaspora