Daha bir ölkə Türkiyədən silah almaq istəyir

Daha bir ölkə Türkiyədən silah almaq istəyir backend

Şimali Makedoniya Türkiyənin Bayraktar TB2 SİHA-larını tədarük etmək istəyir.

Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, ölkə başçısı Stevo Pendarovski Ankara ilə hərbi satınalmalarla bağlı danışıqlar apardıqlarını bildirib. O, Rusiyanın Ukraynaya hücumunun hər şeyi daha da aktuallaşdırdığını və Türkiyə ilə hərbi əməkdaşlığa başladığını elan edib.

Pendarovski iki ölkə arasında hərbi əməkdaşlığın illər əvvəl başladığını və Şimali Makedoniya ordusunda bir çox yüksək rütbəli əsgərin türk hərbi məktəblərində təhsil aldığını qeyd edib:

“Təbii ki, bunlar həssas mövzulardır və hər kəsin qarşısında ətraflı müzakirə etmək istəmirəm”, - deyə ölkə lideri bildirib.

QAZİLER.AZ

Diaspora