Putini Qərbin ən yaxşı həkimləri müalicə edir, ona görə o, hələ də yaşayır - Kəşfiyyat

Putini Qərbin ən yaxşı həkimləri müalicə edir, ona görə o, hələ də yaşayır -  Kəşfiyyat backend

Rusiya diktatoru Vladimir Putinin səhhəti ən yaxşı Qərb həkimləri tərəfindən izlənilir, ona görə də o, hələ də sağdır.

Qaziler.az bildirir ki, bu barədə “RBC-Ukrayna” “Delfi”yə müsahibəsində Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitskiyə istinadən yazır.

Jurnalist qeyd edib ki, Ukrayna ordusunun generalı, Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Nikolay Malomuj hələ 2000-ci illərdə Vladimir Putinin ağır xəstə olması barədə məlumat vermişdi. Son vaxtlar diktatorun ölmək üzrə olduğu ilə bağlı şayiələr də yayılıb.

Skibitskidən "kəşfiyyat idarəsinin bunların boş danışıqlar olmadığını təsdiq edə bilərmi?" sualına belə cavab verib:

"Təəssüf ki, Putini Qərbin ən yaxşı həkimləri müalicə edir, ona görə də o, hələ də sağdır. Əgər rus həkimləri müalicə etsəydi, hər şey daha tez bitərdi", - deyə o, cavab verib.

QAZİLER.AZ

Diaspora